AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident: Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir VİDEO

01.07.2026 [19:41]

Bakı, 1 iyul, AZƏRTAC

Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Azərbaycan bir çox siyasi, diplomatik səylər göstərmişdir və maliyyə yatırımları etmişdir ki, müvafiq infrastruktur yaradılsın və bizim neft-qaz resurslarımız Avropaya yönlənsin. Cənub Qaz Dəhlizi bizim birgə fəaliyyətimizin nəticəsidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az