AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ursula Fon der Lyayen Prezident İlham Əliyevə: Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin VİDEO

01.07.2026 [19:48]

Bakı, 1 iyul, AZƏRTAC

İlk növbədə, əlbəttə ki, bu regionda baş verən məsələ - cərəyan edən proses sülh prosesidir. Bu gün tarixi sülh sazişini parafladığınıza görə Sizi təbrik etmək istərdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.
“Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az