AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təkrar sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb

02.07.2026 [10:40]

Bakı, 2 iyul, AZƏRTAC

Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan müəllimlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, 2026-cı ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar iyulun 31-dək Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.
Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan müəllimlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az