AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

İyunda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

02.07.2026 [10:45]

Bakı, 2 iyul, AZƏRTAC

Cari ilin iyun ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 152 min 240 nəfər olub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 115 min 393-ü yaşa, 13 min 538-i əlilliyə, 23 min 309-u isə ailə başçısını itirməyə görə pensiya alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az