AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sandro Tonali “Tottenhem”ə transfer olunub

02.07.2026 [10:49]

Bakı, 2 iyul, AZƏRTAC
İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali karyerasını "Tottenhem"də davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, London təmsilçisi futbolçunun transferi ilə bağlı "Nyukasl"la razılıq əldə edib. Məlumata görə, transferin dəyəri 117 milyon avrodur.
Sandro Tonali 2023-cü ilin yayında "Milan"dan 70 milyon avro qarşılığında "Nyukasl"a keçmişdi. 25 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az