AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tonqa adalarında 5,7 bal gücündə zəlzələ baş verib

02.07.2026 [11:16]

Qahirə, 2 iyul, AZƏRTAC
Sakit okeanda yerləşən Tonqa adalarında 5,7 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Hihifodan 155 kilometr qərbdə baş verib. Zəlzələnin ocağı 259 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata görə, zəlzələ nəticəsində insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.
Tonqa arxipelaqına 176 kiçik ada daxildir. Onlardan yalnız 52-sində yaşayış var.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az