AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub

31.07.2026 [12:19]

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycan Turizm Bürosu tərəfindən yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna infotur təşkil olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Şəki, Zaqatala və Qax rayonlarını əhatə edən infoturun əsas məqsədi regionun turizm imkanları, mədəni-tarixi irsi, təbii turizm potensialı, yerli turizm obyektləri və müxtəlif turizm məhsulları barədə yerli turizm sənayesi nümayəndələrini məlumatlandırmaq olub.
Əlliyə yaxın sənaye nümayəndəsinin iştirakı ilə baş tutan infoturda regionun turizm imkanlarının daxili və beynəlxalq təbliğatını aparmaq, turistik səfərlərin təşkil edilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az