AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO

06.08.2026 [08:03]

Kiyev, 6 avqust, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Ukraynaya rəsmi səfəri başlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, nazir Ceyhun Bayramovu Kiyev Mərkəzi Dəmiryol Vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.
Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub.
Bundan başqa, Ceyhun Bayramovun digər rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az