AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

bp: “Şəfəq-Asiman” blokunun əlavə qiymətləndirilməsi tələb olunur

06.08.2026 [14:10]

Bakı, 6 avqust, AZƏRTAC
“Şəfəq-Asiman” dəniz blokunda layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun əlavə qiymətləndirilməsi tələb olunur.
bp şirkətindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə hazırda Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması üzrə işlər aparılır. Bu fəaliyyətlərə imkan yaratmaq üçün 2025-ci ilin iyun ayında “Şəfəq-Asiman” Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) kəşfiyyat dövrü uzadılıb və bp bu dövr üçün operator olaraq qalır.
“Şəfəq-Asiman”da iştirak payları belədir: bp (operator – 35%), SOCAR (35%) və “TPAO” (30% - 2025-ci ilin iyun ayında HPBS-yə qoşulub).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az