AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

06.08.2026 [15:09]

Bakı, 6 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 800 kvadratmetr quru ot və kol-kos yanıb. Ağaclar və yaxınlıqdakı tikililər isə yanğından mühafizə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az