Bakı, 6 avqust, AZƏRTAC
“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, serbiyalı müdafiəçi Filip Damyanoviç ilə 2 illik müqavilə bağlanıb.
Son olaraq Sloveniya təmsilçisi “Koper”in şərəfini qoruyan 28 yaşlı futbolçu vətənində “İMT Novi Beoqrad”, “Vojdovats” Türkiyədə isə “Konyaspor”un formasını geyinib.