AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

06.08.2026 [16:01]

İstanbul, 6 avqust, AZƏRTAC

Türkiyədə iyulun 29-dan avqustun 2-dək baş verən meşə yanğınları zamanı dəyən ziyanın qiymətləndirilməsi işləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum açıqlama verib.
O bildirib ki, qeyd olunan müddətdə Muğla, Antalya, Aydın, Balıkesir və Mersin vilayətlərində ümumilikdə 92 tikiliyə ziyan dəyib, onlardan 58-i yaşayış evidir.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az