AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

06.08.2026 [16:15]

Bakı, 6 avqust, AZƏRTAC
Türkiyənin "Trabzonspor" klubu yeni transferi Məhəmməd Salahla müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qara dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, misirli hücumçu qarşıdakı 2 ildə “Trabzonspor”un formasını geyinəcək. Afrikalı ulduz futbolçunun məvacibi isə hər mövsüm üçün 17 milyon avro təşkil edəcək.
Qeyd edək ki, ötən gün Türkiyəyə gələn Məhəmməd Salah tibbi müayinədən uğurla keçib. Onun son klubu İngiltərə “Liverpul”u olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az