AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

06.08.2026 [18:09]

Bakı, 6 avqust, AZƏRTAC

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, o, Avropa Liqasının III təsnifat mərhələsində Albaniyada “Eqnatiya” və İrlandiyanın “Şemrok Rovers” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma avqustun 13-də Rroqojine şəhərində yerləşən “Eqnatiya” stadionunda baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az