AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tramp müdafiə nazirindən razılıq edib

06.08.2026 [23:23]

Bakı, 6 avqust, AZƏRTAC

Saxta xəbər mediası, həmişə olduğu kimi, yalan və tamamilə əsassız şayiələr yayır. Mən Pit Heqsetin işindən son dərəcə məmnunam.
AZƏRTAC xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində bu barədə yazıb.
Tramp, həmçinin iddia edib ki, İrana qarşı hərbi əməliyyatlar çox yaxşı gedir. Prezidentin sözlərinə görə, Tehran heç vaxt nüvə silahı əldə etməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az