AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

06.08.2026 [23:38]

Bakı, 6 avqust, AZƏRTAC

Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış baş verib.
Azərtac xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Mikroavtobusda baş verən partlayış nəticəsində iki nəfər ölüb, 13 nəfər yaralanıb.
İddia olunur ki, partlayış mikroavtobusda quraşdırılan partlayıcı qurğunun işə düşməsi ilə baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az