AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

07.08.2026 [00:15]

Bakı, 7 avqust, AZƏRTAC

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında keçirdiyi əməliyyat zamanı iki partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Hörmüz boğazının girişi yaxınlığında bir sıra hədəflər zərərsizləşdirilib.
Mənbələr əlavə edib ki, hərbi əməliyyatın nəticələri barədə yaxın saatlarda əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az