AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda duru bitki yağları istehsalı 35 faizdən çox artıb

02.09.2026 [15:52]

Bakı, 2 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda duru bitki yağları istehsalı 30 min 449,2 ton təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7955,8 ton və ya 35,4 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 484,1 ton və ya 16,1 faiz artaraq 3495,5 ton olub.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə duru bitki yağları istehsalı 22 min 493,4 ton, hazır məhsul ehtiyatı isə 3011,4 ton təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az