AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərkosmos”un qlobal kosmik ekosistemdə rolu Rumıniyada beynəlxalq simpoziumda təqdim olunub

02.09.2026 [16:08]

Bakı, 2 sentyabr, AZƏRTAC

AZCON Holding şirkətlərindən olan “Azərkosmos”un sədr müavini Fuad Aslanov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 27-ci Beynəlxalq Radio Monitorinqi və Ölçmələri Simpoziumunda (ISRMM 2026) “Azərkosmos qlobal kosmik ekosistemdə” mövzusunda təqdimatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın Rabitə Sahəsində İdarəetmə və Tənzimləmə üzrə Milli Qurumu (ANCOM) tərəfindən təşkil olunan simpozium çərçivəsində keçirilən təqdimatda Azərbaycanın qlobal kosmik sektorda artan rolu diqqətə çatdırılıb.
Təqdimatda, həmçinin “Azərkosmos”un genişlənən beynəlxalq tərəfdaşlıqları, kosmik sahədə həyata keçirdiyi fəaliyyət və daha əlaqəli və əməkdaşlığa əsaslanan qlobal kosmik ekosistemin formalaşmasına verdiyi töhfələr barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az