AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

11.09.2026 [18:45]

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Hicran Hüseynova gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.
Komitə sədri 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə məlumat verib.
Hicran Hüseynova daha sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin qarşıdakı payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, komitənin fəaliyyət sahəsi çərçivəsində ictimai dinləmələrin təşkili, vətəndaşlarla görüşlərin keçirilməsi və digər məsələlər öz əksini tapıb.
İclasda komitənin ötən sessiya dövründə görülən işlər barədə hesabatı məqbul hesab olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az