Bakı, 11 sentyabr, AZƏRTAC
Aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 12-si saat 07:00-dan etibarən Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:
AZƏRTAC xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Təmir səbəbi ilə aşağıdakı ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
• Abdulla Rəhimov küçəsi;
• İlqar Abbasov küçəsi;
• Həzi Aslanov küçəsi.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.