Bakı, 11 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları müvəqqəti dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi Energetika Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.
Bildirilib ki, sentyabrın 10-da Ər-Riyad və Midanah bölgələrinə kütləvi hücumlar həyata keçirildikdən sonra boru kəməri ehtiyat tədbiri olaraq bağlanıb.
Gündəlik 7 milyon barel ötürmə gücünə malik kəmər Səudiyyə Ərəbistanının neftinin şərqdən Qırmızı dəniz sahilindəki Yanbu limanına daşınmasında mühüm rol oynayır.