AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib

11.09.2026 [23:47]

Vaşinqton, 11 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp ölkədəki bütün yetkin şəxslərə 5 min dollar məbləğində “Tramp dividenti” veriləcəyini bir daha təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth” sosial media hesabında paylaşım edib.
“5 min dollarlıq dividend veriləcək, çünki ölkəmizin insanları buna layiqdirlər. Mən nəsə deyirəmsə, onu edirəm”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp bu təşəbbüsün ölkəyə daxil olan böyük həcmdə investisiya və iqtisadi gəlirlər hesabına maliyyələşdiriləcəyini qeyd edib. O, planı tənqid edən demokratlara cavab olaraq daha əvvəl hərbçilərə 1776 dollar məbləğində ödəniş verilməsini nümunə göstərib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az