AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransanın şimalında qatar relsdən çıxıb, 20 nəfər yaralanıb

12.09.2026 [00:15]

Bakı, 12 sentyabr, AZƏRTAC

Fransanın şimalında şəhərlərarası sərnişin qatarının relsdən çıxması nəticəsində təxminən 20 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Bildirilib ki, Ruan-Kan marşrutu üzrə hərəkət edən qatar Kleon və Turvil-la-Rivière kommunaları yaxınlığında relsdən çıxıb. Qatarın göyərtəsində təxminən 200 sərnişin olub.
İlkin məlumata görə, qatar relslərdəki əşya ilə toqquşub. Nəticədə bir vaqon aşıb, daha dörd vaqon relsdən çıxıb. Yaralananların vəziyyəti barədə hələlik məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az