AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Media: İsrail qüvvələri Dəməşqin qərbindəki kəndi atəşə tutub

12.09.2026 [00:53]

Bakı, 12 sentyabr, AZƏRTAC

İsrail ordusu Dəməşqin qərbində yerləşən Beyt Jann kəndini atəşə tutub.
AZƏRTAC xəbər verir ki, “Syria TV”nin məlumatına görə, kənd İsrailin işğalı altında olan Qolan təpələrindəki mövqelərdən iriçaplı mərmilərlə atəşə tutulub. Hadisə nəticəsində ölən və yaralananlar, eləcə də dəyən ziyanın miqyası barədə hələlik məlumat yoxdur.
Bundan əvvəl İsrail qüvvələri Dəra əyalətinin cənubundakı Maaria kəndini ağır pulemyotlardan atəşə tutub. Hücum intensiv dron uçuşları ilə müşayiət olunub.
Qeyd edək ki, Dəməşq İsraildən 1974-cü il razılaşmasına əməl etməyi və Qolan təpələrindəki təmas xəttindən qoşunlarını çıxarmağı tələb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az