AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pezeşkian: İran ABŞ-nin təzyiqi qarşısında təslim olmayacaq

12.09.2026 [01:49]

Bakı, 12 sentyabr, AZƏRTAC

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin təzyiq və təhdidlərinin İranı təslim olmağa məcbur edə bilməyəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Pezeşkian qeyd edib ki, ABŞ İran xalqını qorxutmaqla məqsədinə nail ola bilmədiyi üçün ölkənin ərzaq və digər mühüm resurslara çıxışını məhdudlaşdırmağa çalışır. Prezident vurğulayıb ki, İran xalqı təslim olmayacaq.
Qeyd edək ki, avqust ayında ABŞ İranı maliyyə baxımından daha da təcrid etmək və münaqişədə geri çəkilməyə məcbur etmək məqsədilə yeni iqtisadi tədbirlərə başlayıb. ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonla Tehran arasında münaqişənin noyabrda keçiriləcək ara seçkilərindən sonra başa çatacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az