AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Husilər: Hava zərbələri nəticəsində son bir həftədə 44 mülki şəxs ölüb

12.09.2026 [02:21]

Bakı, 12 sentyabr, AZƏRTAC

Husilər Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi hava zərbələri nəticəsində son bir həftədə 44 mülki şəxsin öldüyünü iddia edir.
AZƏRTAC xəbər verir ki, bu barədə husilərin nəzarətində olan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əl-Cəvf, Əl-Hüdeydə, Taiz, Səəda, Səna və Həcc əyalətlərinə endirilən hava zərbələri nəticəsində ölənlər arasında beş uşaq da var.
Qeyd edək ki, sentyabrın əvvəlindən Yəməndə husilərin hücumları fonunda vəziyyət kəskin gərginləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az