Bakı, 12 sentyabr, AZƏRTAC
İndoneziya sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Teluknaq şəhərindən 115 kilometr şimalda, ocağı isə 358 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.