AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəmərinə İraq ərazisindən hücum edilib

12.09.2026 [04:25]

Bakı, 12 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərinə İraq ərazisindən dronlarla hücum edildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ər-Riyad hazırda cavab tədbirlərindən çəkinir və İraq hakimiyyətinə hücumların qarşısını almaq üçün tədbirlər görmək imkanı verir.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı kəmərin ehtiyat tədbiri olaraq bağlandığını açıqlamışdı. Gündəlik 7 milyon barel ötürmə gücünə malik Şərq-Qərb neft kəməri ölkənin neftinin Qırmızı dəniz sahilindəki Yanbu limanına daşınmasında mühüm rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az