AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatıb

12.09.2026 [07:11]

Bakı, 12 sentyabr, AZƏRTAC

Nepalın şimalında baş verən daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal hakimiyyətinə istinadla məlumat yayıb.
Bildirilib ki, 5100-dən çox insan itkin düşmüş hesab olunur.
Qeyd edək ki, təbii fəlakət avqustun 26-da Nepalın Çinlə sərhədində baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az