Bakı, 12 sentyabr, AZƏRTAC
Diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir.
AZƏRTAC-ın məlumatına görə, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar.
Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Ötən gün diplomatlar Xankəndi və Şuşada olublar.