AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu. BDYPİ-dən xəbərdarlıq!

12.09.2026 [11:56]

Bakı, 12 sentyabr, AZƏRTAC

Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi “Mercedes Vito” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı avtomobillə toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AZƏRTAC-a verilən xəbərə görə, qəza nəticəsində minik avtomobilində olan sərnişin Sayad Qasımova hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
BDYPİ ötmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli faktları sadəcə maraq xatirinə izləməməyə, lazımi nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az