AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“II LCOY Azərbaycan 2026”: Qubada Milli Gənclər Bəyanatı qəbul ediləcək

12.09.2026 [13:45]

Bakı, 12 sentyabr, AZƏRTAC
“II İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı — II LCOY Azərbaycan 2026” öz işini Qubada davam etdirir.
“EkoSfera” Ekoloji-Sosial Mərkəzindən AZƏRTAC-a verilən xəbərə görə, Bakı Dövlət Universitetinin Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində keçirilən tədbirin ikinci günü Milli Gənclər Bəyanatının hazırlanmasına həsr olunub.
Qeyd edək ki, Azərbaycanda ikinci dəfə təşkil olunan tədbirin rəsmi açılış mərasimi sentyabrın 11-də ADA Universitetində keçirilib.
“LCOY Azerbaijan 2026”nın əsas təşkilatçısı dayanıqlı inkişaf, ekoloji təhsil və gənclərin ətraf mühitlə bağlı qərarların qəbuluna fəal cəlb edilməsi sahəsində fəaliyyət göstərən “EkoSfera” Ekoloji-Sosial Mərkəzidir. Təşkilat YOUNGO-nun LCOY İş Qrupu tərəfindən ardıcıl ikinci il Azərbaycanda konfransın təşkilatçısı kimi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az