Kəlbəcər, 12 sentyabr, AZƏRTAC
Bal festivalının keçirilməsində məqsəd Kəlbəcər balının ümumilikdə ölkəmizdə hazırlanan balların tanıdılmasıdır.
Bu fikri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O qeyd edib ki, Kəlbəcər ölkəmizdə ən çox arı ailəsi olan rayondur. Keçən ilə nisbətən builki festivalda arıçıların və stendlərin sayı artırılıb.
“Kəlbəcərdə keçirilən II Bal festivalında bu il 40-a yaxın stend var. Həmçinin builki festivalda ziyarətçi sayının ötən ilə nisbətdə 2-3 dəfə artacağı da gözlənilir”, - deyə kənd təsərrüfatı naziri deyib.
Müxbir - Elcan Məmmədov