AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

RİNN, AZCON Holding və “Microsoft Ireland Operations Limited” arasında Anlaşma Memorandumu imzalanıb

25.09.2026 [22:15]

Bakı, 25 sentyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding və “Microsoft Ireland Operations Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandum rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, AZCON Holding-in icraçı direktoru Şahin Babayev və “Microsoft Ireland Operations Limited” şirkətinin region üzrə baş meneceri Qabriela Popesku tərəfindən imzalanıb.
Bu memorandum tərəflər arasında potensial əməkdaşlıq imkanlarının araşdırılmasını şərtləndirir.
Memorandum gələcək əməkdaşlıq üçün ümumi çərçivə müəyyən edir və konkret layihələrin şərtlərinin növbəti mərhələdə tərəflər arasında razılaşdırılmasını nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az