Ankara, 26 sentyabr, AZƏRTAC
Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətində keçiriləcək “TEXNOFEST-2026” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalının təşkilatçıları bir milyondan çox ziyarətçinin iştirakını proqnozlaşdırırlar.
Qardaş ölkənin ən böyük tədbirlərindən biri olan festival Türkiyə Sənaye və Texnologiya Nazirliyi və T3 Fondunun dəstəyi ilə GAP hava limanında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festivalın altı müsabiqə proqramında Azərbaycandan 28 komanda iştirak edir.
Ölkəmizdən ən çox sayda - 11 komanda “Maliyyə texnologiyaları” müsabiqəsinə qatılıb. Daha beş komanda “Blokçeyn” müsabiqəsində, yeddi komanda isə “Kənd təsərrüfatı texnologiyaları” seqmentində iştirak edir. Bundan başqa, üç komandamız “Mədən texnologiyaları” müsabiqəsinə qoşulub.
Nəhayət, Azərbaycanın iki komandası “Onkologiyada 3T” və “Asılılıqla mübarizədə texnologiyaların “tətbiqi” müsabiqələrində iştirak edir.
Festivalın ümumi mükafat fondu 75 milyon türk lirəsidir (1,7 milyon dollardan çox).
“TEXNOFEST” festivalı ənənəvi olaraq aparıcı türk şirkətlərinin inkişaflarını nümayiş etdirir və müsabiqələrdə milyonlarla Türkiyə sakini və ziyarətçi iştirak edir.
2022-ci ilin may ayında Azərbaycan “TEXNOFEST” festivalına ev sahibliyi edən ilk xarici ölkə olub və qardaş Türkiyə ilə dostluğunu, strateji müttəfiqliyə sadiqliyini bir daha nümayiş etdirib.