AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Corc Rassell: İnanılmaz həftəsonu oldu

26.09.2026 [16:59]

Bakı, 26 sentyabr, AZƏRTAC

Komandanı təbrik etmək istəyirəm, onlarla həqiqətən qürur duyuram.
AZƏRTAC xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olan “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell deyib.
O, həftəsonunun əla keçdiyini bildirib: “Yarışın ilk hissəsi çox rahat keçdi. Sonlara yaxın inanılmaz sürət nümayiş etdirdik. Finiş xəttinə qədər Maks Ferstappenlə mübarizə aparırdıq. Ümumilikdə inanılmaz həftəsonu oldu”.

Fotoqraflar - Tofiq Babayev, İlkin Cavanşirov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az