Bakı, 26 sentyabr, AZƏRTAC
Yaxşı yarış keçirdik. İlk hissə bir qədər çətin idi, amma yuxarı pillələrə qalxa bildik. Sonra isə 2-ci yer üçün mübarizə başladı. Sonuncu dövrədə sarı bayraqlar oldu, fərq çox az idi. Yaxınlaşdım, amma ötmək üçün kifayət etmədi. Yenə də bütün gücümüzü ortaya qoyduq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisində ikinci olan “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen deyib.
O, bir neçə dəfə baryerlərə toxunduğunu söyləyib: “Hər şey qaydasında idi, sadəcə döngəni biraz daha geniş almağa çalışırdım. Əsas odur ki, sonluq yaxşı oldu”.
Fotoqraflar - Tofiq Babayev, İlkin Cavanşirov