AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hava şəraiti dəyişir: Dolu düşəcək, sulu qar yağacaq – XƏBƏRDARLIQ

26.09.2026 [19:11]

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-u gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az