AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda ər arvadını və baldızını bıçaqlayıb

26.09.2026 [22:36]

Naxçıvan, 26 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında bıçaqlanma hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində qeydə alınıb.
1971-ci il təvəllüdlü İbrahim Əli oğlu Əliyev həyat yoldaşı, 1973-cü il təvəllüdlü Adilə Sabir qızı Ağayevanı və baldızı, 1977-ci il təvəllüdlü Ruhiyə Sabir qızı Quliyevanı bıçaqlayıb.
Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparır.

Müxbir - Nail Əsgərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az