AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Salyanda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

27.09.2026 [01:09]

Salyan, 27 sentyabr, AZƏRTAC

Salyan rayonunda qoşqulu yük maşını ilə minik avtomobili toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “Volvo” markalı qoşqulu yük maşınının sürücüsü Sərxan Tağıyev, həmçinin “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü Əlvan Kərimov və sərnişinləri - Şəhla Eyniyeva, Fatimə Eyniyeva, Rahib Eyniyev xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Müxbir - Aydın Yavərzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az