Bakı, 27 sentyabr, AZƏRTAC
Son 2 gündə İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, 38 yaralı var.
AZƏRTAC xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin qəzetində dərc olunmuş hesabatda bildirilib.
Həmçinin qeyd edilib ki, ötən il oktyabrın 11-də atəşkəs rejiminin tətbiqindən indiyədək İsrailin hava hücumları və artilleriya atəşləri nəticəsində 1415 nəfər həlak olub, 4953 nəfər yaralanıb. 2023-cü ilin oktyabr ayından isə Qəzzada itkilərin ümumi sayı 74 min 16-ya, yaralananların sayı 175 min 68-ə çatıb.