Bakı, 27 sentyabr, AZƏRTAC
Yaponiyanın Kumamoto prefekturasının 740 mindən çox sakininə güclü yağışlarla əlaqədar təxliyə edilmələri tövsiyə olunub.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, tövsiyə çay daşqınları və sürüşmə riskinin artması ilə bağlıdır.
Kumamoto prefekturasının yerləşdiyi Kyuşu adasında güclü yağışlar Suriqe tayfununun yaxınlaşması ilə eyni vaxta təsadüf edir.
Sinoptiklər bildiriblər ki, tayfun irəlilədikcə güclənə bilər, onun Kyuşu və Şikoku adalarından keçməsi mümkündür.
Qeyd edək ki, sentyabrın 20-də Yaponiyanın Sakit okean sahillərində Dujuan tayfunu qeydə alınıb. Nəticədə 12 nəfər ölüb, 4 nəfər itkin düşüb. Həmçinin kənd təsərrüfatına və minə yaxın evə ciddi ziyan dəyib.