Bakı, 27 sentyabr, AZƏRTAC
Nyu-Yorkda fırtına səbəbindən on minlərlə insan elektriksiz qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “New York Post" qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, “Ağacların aşması və elektrik xətlərinin qırılması səbəbindən Atlantik sahili boyunca ən azı 100 min ev elektriksiz qalıb”.
Məlumata görə, Nyu-Cersi ştatında təxminən 30 min, Nyu-Yorkda isə 20 min istehlakçının elektrik enerjisi kəsilib.
Bundan əlavə, Nyu-Yorkda bir kişi ağacın aşması nəticəsində ölüb.
Bundan əvvəl Nyu-York qubernatoru Keti Hochul yaxınlaşan fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan etmişdi.