AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27.09.2026 [11:02]

Bakı, 27 sentyabr, AZƏRTAC

Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, ali şahmat qurumunda rəhbər vəzifələrə seçkilər baş tutub. Sentyabrın 26-da FIDE-nin yeni prezidenti müəyyənləşib. Gərgin mübarizədə qalib ikinci turda məlum olub. Timur Turlov 110 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri seçilib.
Bu gün digər rəhbər vəzifələrə seçkilər və təyinat rəsmiləşib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının rəhbəri Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib, 2022-ci ildə isə ikinci dəfə bu vəzifədə işini davam etdirmək imkanı qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az