Ankara, 27 sentyabr, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin deputatları, siyasi partiyaların, ali təhsil müəssisələrinin, müxtəlif media qurumlarının, ictimai və idman təşkilatlarının nümayəndələri sentyabrın 27-də səhər saatlarından etibarən sosial şəbəkələrdə Azərbaycanda Anım Gününə həsr olunmuş paylaşımlar edirlər.
AZƏRTAC xəbər verir ki, paylaşımlarda ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını vermiş qəhrəmanların xatirəsi yad olunur.
Bundan başqa, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin tarixi əhəmiyyətinə, eləcə də Ankara ilə Bakı arasındakı birlik və qardaşlığın sarsılmazlığına diqqət çəkilir.
Qəhrəmanların xatirəsinin əbədi yaşayacağı, şəhidlərin ölməz olduğu, Vətənin bölünməz olduğu vurğulanır.
Paylaşımların əksəriyyəti “Qarabağ Azərbaycandır!” sözləri ilə başa çatır.