AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

27.09.2026 [11:36]

Astana, 27 sentyabr, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aydos Mırzaxmetovu ölkənin müdafiə naziri təyin edib.
AZƏRTAC Akordaya istinadla xəbər verir ki, müvafiq Fərmanla o, əvvəl tutduğu vəzifədən azad olunub.
Bundan əvvəl Dauren Kosanov Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib.
Dövlət başçısının digər Fərmanı ilə Manqistau vilayətində keçirilən təlimlər zamanı həlak olan 14 hərbi qulluqçu hərbi borcunu yerinə yetirərkən göstərdikləri şücaət və fədakarlığa görə ölümündən sonra Qazaxıstanın dövlət mükafatları ilə təltif ediliblər.
Xatırladaq ki, sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizi sahilində keçirilən hərbi təlimlər zamanı baş verən faciə nəticəsində 14 hərbi qulluqçu həlak olub, 3 nəfər xilas edilib.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az