AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah hava əsasən yağmursuz olacaq

26.10.2026 [12:30]

Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycanda oktyabrın 27-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 12-15, gündüz 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14, gündüz 17-20, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli çiskinli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında, gündüzdən isə bəzi yerlərdə çiskinli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 4-7, gündüz 9-14 dərəcə isti olacağı bildirilir.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 16-19, dağlarda gecə 5-7, gündüz 11-14 dərəcə isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az