AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ

26.10.2026 [16:04]

Bakı, 26 oktyabr, AZƏRTAC
Respublika ərazisində növbəti iki gün müşahidə ediləcək hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a bildirib ki, oktyabrın 27-də və 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin oktyabrın 28-i gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir.
O, həmçinin deyib ki, bölgələrdə də oktyabrın 27-də və 28-də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında 17-20, dağlıq ərazilərdə 5-10 dərəcə isti olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az