AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarkova hava zərbələri endirilib, ölənlər var

26.10.2026 [22:08]

Kiyev, 26 oktyabr, AZƏRTAC

Rusiya ordusu bu axşam Xarkovun Novobavarski rayonuna hava hücumları təşkil edib, nəticədə iki nəfər ölüb, dörd nəfər yaralanıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Xarkov şəhər meri İqor Terexov "Telegram"da məlumat verib.
Onun sözlərinə görə, hava hücumu nəticəsində çoxmənzilli binalara, şəxsi evlərə və avtomobillərə ziyan dəyib.
Mer hava hücumundan sonra bir yerdə böyük yanğın baş verdiyini qeyd edib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az